Bank Of Baku

Avropa Birliyi: Rusiyanın Transxəzər qaz borusuna dair mövqeyi qeyri-konstruktivdir

Avropa Birliyi: Rusiyanın Transxəzər qaz borusuna dair mövqeyi qeyri-konstruktivdir
# 16 dekabr 2011 08:54 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu “UNİAN” agentliyinə AB-nin adı açıqlanmayan yüksək rütbəli diplomatı deyib.

“Rusiya arqument qismində milli təhlükəsizliyə təhdidlərdən və ya Azərbaycanla Türkmənistan tərəfindən beynəlxalq konvensiyaların pozulmasından istifadə edir. Biz hesab edirik ki, bu diskussiyadakı ton və arqumentlər qeyri-konstruktiv və düşmənçilik səviyyəsindədir” - deyə agentliyin həmsöhbəti qeyd edib. Avropalı diplomat hesab edir ki, Azərbaycan və Türkmənistan öz gələcəyini müstəqil qaydada həll etmək hüququna malikdirlər.

Qeyd edək ki, AB Şurası bu il sentyabrın 7-də Transxəzər qaz kəmərinin tikintisinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr qazın nəql olunması planlaşdırılır.

Rusiya tərəfi isə bəyan edib ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər: “Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR