Bank Of Baku

Azərbaycanda qızıl və gümüş hasilatı azalıb

Azərbaycanda qızıl və gümüş hasilatı azalıb
# 16 dekabr 2011 12:16 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 1 122 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3% azdır.

Cari ilin dekabr ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 32 kq, gümüşün isə 25 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 759 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8,5% azalıb.

Xatırladaq ki, Azərbaycanda qızıl ehtiyatları ölkədə hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Ümumilikdə, ayın əvvəlində Azərbaycan Mərkəzi Bankında saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513,6 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri 28,4 mln. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR