Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını artırıb

Azərbaycan neft məhsullarının istehsalını artırıb
# 16 dekabr 2011 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalında 1,1% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1,2 mln. ton avtomobil benzini, 565,5 min ton ağ neft, 2,3 mln. ton dizel yanacağı istehsal olunub, sürtgü yağlarının istehsalında 8,7%, neft bitumunda 8,5%, soba mazutunda 9,8% artım müşahidə olunub: «Neft emalı müəssisələrinin anbarlarında 40,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 16,5 faizi qədər hazır məhsul olub».

Bununla yanaşı, 2011-ci il dekabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 265 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7% az mazut yanacağı, 19 min ton (+2,2%) avtomobil benzini, 15,2 min ton (+22,5%) dizel yanacağı, 7,8 min ton (-14,3%) aviasiya üçün və sair ağ neft, 1,7 min ton (+21,4%) maye qaz, 1,8 min ton (+5,9%) sürtgü yağları, 7,2 min ton (-18,2%) daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR