
IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi hesablanır. Belə ki, indeks noyabrda istehsal edilmiş məhsulun dəyərinin (3,186 mlrd. manat) oktyabr ayında istehsal edilmiş məhsulun dəyərinə (4,797 mlrd. manat) bölünməsi ilə hesablanıb.
İndeksin bu dərəcədə kəskin azalması ilk növbədə texniki amillərlə bağlı olub. Belə ki, oktyabr ayında sənaye istehsalı sahəsində böyük artım baş verib və indeks həmin ayda iki illik maksimuma çatıb. Eyni zamanda göründüyü kimi, noyabr indeksi son iki ilin minimal həddidir.