Bank Of Baku

Rusiya İranın “Zağə” yatağında neft hasil edəcək

Rusiya İranın “Zağə” yatağında neft hasil edəcək
# 19 dekabr 2011 08:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA-Economics. Rusiya və İran Buşəhr şəhərindəki “Zağə” yatağından neft hasil edilməsi ilə bağlı razılığa gəlib. “APA-Economics”in məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi bildirib.

Onun sözlərinə görə, ölkənin cənubunda yerləşən həmin yataqdan “Tatneft” şirkəti neft hasil edəcək: “Zağə yatağında 3 mlrd. barel neft mövcuddur. Bu müqavilənin dəyəri 700 mln. dollardır. Yataqdan hər gün 7 min barel neft hasil ediləcək və daha sonra bu, 55 min barelə çatdırılacaq”.

Qeyd edək ki, müqavilə Rusiya tərəfindən Tatarıstan Muxtar Respublikasının prezidenti Rüstəm Minnixanov və İran tərəfindən bu ölkənin neft naziri Rüstəmi Qasımi tərəfindən imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR