Bank Of Baku

Türkmənistan neftinin Azərbaycan ərazisi ilə tranziti 73% artıb

Türkmənistan neftinin Azərbaycan ərazisi ilə tranziti 73% artıb
# 19 dekabr 2011 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 42,3 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 32,1 mln. ton və ya ötən ilin eyni dövrünə nisbətən 9,1% az neft ötürülüb. Bu dövrdə gəmilər vasitəsilə Azərbaycana gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,9 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 72,7% çox tranzit Türkmənistan nefti nəql edilib.

Eyni zamanda, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 16,7 mlrd. kubmetr və ya 4,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və cari ilin 11 ayında bu kəmərlə 4,1 mlrd. kubmetr qaz ötürülüb. Bu da ötən ilin analoji ayları ilə müqayisədə 10,9% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR