Bank Of Baku

Azərbaycan prezidenti Sumqayıtda karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti Sumqayıtda karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib
# 19 dekabr 2011 14:36 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində azot gübrəsi - karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib.

APA-Economics”in xəbərinə görə, dövlət başçısı zavodun sxemini, texniki göstəricilərini və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, 24 hektar ərazidə inşa olunacaq zavodun tikintisi 2014-cü ildə başa çatdırılacaq. Zavodun gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək. Zavodun tərkibində ammonyak və karbamid mayesi istehsalatı və əmtəəlik karbamid istehsalı bölməsi fəaliyyət göstərəcək. Zavodun əmtəəlik məhsulları ammonyakdan və karbamiddən ibarət olacaq. Zavodun inşası zamanı 3 min, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq.

Dövlət başçısı ARDNŞ mütəxəssislərinə və inşaatçılara tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR