Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb
# 20 dekabr 2011 08:19 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, bu gün səhər saat 08:00 radələrindən ölkənin şimal-qərb bölgəsinə (Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb.

Zaqatala Qaz İstismarı Sahəsində (QİS) bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Buna səbəb olaraq Yevlax-Balakən magistral qaz kəmərinin 13,5 və 14,5-ci km-liyində qaz sızmalarının aşkar edilməsi göstərilir. Bu üzdən beş rayona təbii qazın verilməsində müvəqqəti fasilə yaranıb. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları magistral qaz kəmərində vermiş qaz sızmalarının aradan qaldırılması istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR