Bank Of Baku

Ucar rayonuna təbii qazın verilişi dayandırılıb

Ucar rayonuna təbii qazın verilişi dayandırılıb
# 20 dekabr 2011 10:40 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Azərbaycanın Ucar rayonuna təbii qazın verilişi dayandırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından etibarən Ucar rayonuna təbii qazın verilməsində fasilə yaranıb. Yerli sakinlərin bildirdiyinə görə, son zamanlar həftədə bir-iki dəfə olmaqla, rayona təbii qazın verilməsi səhər saat 10-dan saat 17-dək dayandırılır.

Yerli sakinlər onu da bildiriblər ki, Zərdab rayonunda təbii qaz verilməsi dayandırılmasa da, Zərdab əsas magistral qaz xəttinin üzərində yerləşən Lək kəndinə də qaz verilməsi həftədə 1-2 dəfə dayandırılır.

Ucar rayon Qaz İstismar Sahəsinin rəisi Elşən Hüseynov APA-ya rayona təbii qazın fasilələrlə verilməsinin profilaktik işlərin aparılması ilə izah edib. E. Həsənov bu halın həftədə deyil, ayda 1-2 dəfə baş verdiyini deyib. Onun sözlərinə görə, qaz verilişi baş magistral idarəsinin rəhbərliyini məlumatlandırandan sonra dayandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR