Bank Of Baku

«Pirallahı-dəniz» yatağında yeni quyunun qazılmasına başlanılıb

«Pirallahı-dəniz» yatağında yeni quyunun qazılmasına başlanılıb
# 21 dekabr 2011 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Pirallahı-dəniz» yatağındakı 1 100 nömrəli meydançadan 1 106 nömrəli quyuda qazma işlərinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Abşeronneft» NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 960 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 5 ton neft hasil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR