Bank Of Baku

Yanukoviç: “Ukraynanın Rusiyadan aldığı qaza görə 250 dollardan çox ödəmək niyyətində deyil”

Yanukoviç: “Ukraynanın Rusiyadan aldığı qaza görə 250 dollardan çox ödəmək niyyətində deyil”
# 21 dekabr 2011 12:07 (UTC +04:00)
Bakı - APA-Economics. Ukraynanın Rusiyadan aldığı qazın qiyməti 250 dollar həddini keçməməlidir. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidenti Viktor Yanukoviç rusiyalı həmkarı Dmitri Medvedevlə apardığı danışıqlardan sonra açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna “Qazprom”dan qazı Avropaya satış qiymətindən 100 dollar güzəştlə almaq niyyətindədir.

Qeyd edək ki, hazırda Ukrayna Rusiyadan aldığı qazın hər min kubmetrinə görə 400 dollardan çox pul ödəyir. İki ölkə arasında qazın alqı-satqısına dair uzunmüddətli müqavilə 2009-cu ildə Yuliya Timoşenko hökuməti dövründə imzalanıb. Kiyev bu sazişə yenidən baxılmasını təklif edir. Moskva müqaviləyə dəyişiklik edilməsinə razılaşsa da, tərəflər hələlik yekun razılığa gələ bilməyiblər.

Bu ilin I rübündə Ukrayna Rusiya qazını 264 dollara, II rübündə 295 dollara alıb. Hazırda iki ölkə arasında davam edən qaz mübahisəsinin səbəbi Kiyevin Moskvadan aldığı qazın həcmini 1/3 həcmdə - 40 mlrd. kubmetrdən 27 mlrd. kubmetrə qədər azaltmaq niyyətidir. “Qazprom” şirkəti isə hesab edir ki, hazırda qüvvədə olan müqavilələr Ukraynanın üzərinə aldığı qazın həcmindən asılı olmayaraq, ildə ən azı 33 mlrd. kubmetr qazın dəyərini ödəmək öhdəliyi qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR