Bank Of Baku

Azərbaycanda emal sənayesinin ÜDM-də payı azalıb

Azərbaycanda emal sənayesinin ÜDM-də payı azalıb
# 22 dekabr 2011 14:00 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2010-cu ilin yekununda bu göstərici 12,6% təşkil edib.

Göründüyü kimi, emal sənayesinin ÜDM-də payı tədricən azalır və müvafiq olaraq mədənçıxarma sənayesi üzrə əks dinamika müşahidə olunur. Belə ki, 2011-ci ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesinin ÜDM-də xüsusi çəkisi 53,5%, 2010-cu ildə 50% təşkil edib.

Qeyd edək ki, dünya praktikasında qəbul olunmuş normalara görə, diversifikasiya olunmuş iqtisadiyyatda emal sənayesinin ÜDM-də xüsusi çəkisi 20%-dən az olmamalıdır. Bu nisbətin aşağı olması və mədənçıxarma sənayesinin ÜDM-də xüsusi çəkisinin müvafiq olaraq yüksək olması iqtisadiyyatın xammala əsaslandığını əks etdirir.

Azərbaycanda emal sənayesinin ÜDM-dəki payının kiçik olması ilk növbədə iqtisadiyyatda struktur islahatların aparılması ilə bağlıdır. Belə ki, köhnə emal sənaye müəssisələrinin bağlanması və ya tam sıradan çıxması ilə paralel yalnız son bir neçə ildə yeniləri istismara verilib ki, bunların da ümumi iqtisadiyyatda payı hələlik kiçikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR