Bank Of Baku

Quba rayonunun daha üç kəndinə ilk dəfə olaraq qaz verilib

Quba rayonunun daha üç kəndinə ilk dəfə olaraq qaz verilib
# 23 dekabr 2011 09:06 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Bu gün Quba rayonunun daha üç ucqar kəndi ilk dəfə olaraq mavi yanacaqla təmin olunub.

APA-nın şimal bürosunun məlumatına görə, rayonun Xucbala, Küpçal və Küsnət kəndlərinə təbii qaz verilib və bu münasibətlə təntənəli mərasim keçirilib.

Tədbirdə ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələri Kamandar Eyvazlı, Ağababa Rzayev, Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hər üç kəndə qaz çəkilişi zamanı 36 km-lik polietilen kəmərlərdən istifadə olunub, 521 evə sayğac quraşdırılıb.

Mərasimdə həmçinin qeyd olunub ki, yaxın günlərdə Qubanın rayonunun Çartəpə, Aşağı-xuc, Orta-xuc, Atuc, və Susay-qışlaq kəndlərinə də ilk dəfə olaraq təbii qaz veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR