Bank Of Baku

İraqda neft hasilatı son 20 ildə rekord səviyyəyə çatıb

İraqda neft hasilatı son 20 ildə rekord səviyyəyə çatıb
# 23 dekabr 2011 12:09 (UTC +04:00)
Bakı - APA-Economics. İraqda neft hasilatı son 20 ildə rekord səviyyəyə çataraq, gündəlik 3 mln. barel təşkil edib. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə İraq baş nazirinin müavini Hüseyn əş-Şəhristani bildirib.

Onun sözlərinə görə, gələn ilin sonuna qədər sutkalıq neft hasilatı 3,4 mln. barelə çatdırılacaq: “Eyni zamanda gündəlik neft ixracı da indiki 2,2 mln. bareldən 2,6 mln. barelə qalxacaq”.

Qeyd edək ki, İraq neft ehtiyatlarının həcminə görə təkcə Səudiyyə Ərəbistanı və İrandan geri qalır. İraq hökuməti üçün başlıca problem Kürdüstan muxtariyyəti rəhbərliyinin sanksiyalaşdırılmamış neft hasilatı ilə məşğul olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR