Bank Of Baku

“Moskovskie Novosti”: Trans-Anadolu qaz kəməri “Cənub axını” və “Nabucco”nu sıxışdıra bilər

“Moskovskie Novosti”: Trans-Anadolu qaz kəməri “Cənub axını” və “Nabucco”nu sıxışdıra bilər
# 27 dekabr 2011 09:13 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın “Moskovskie Novosti” qəzetinin Azərbaycanla Türkiyə arasında Trans-Anadolu qaz kəmərinin tikintisi barədə imzalanmış razılaşmanın şərhinə həsr olunmuş məqaləsində bildirilir.

Qəzet yazır ki, bu gün “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Türkiyəyə təcili səfər edərək “Botaş”la mühüm danışıqlar aparacaq. Danışıqların əsas mövzusu isə Azərbaycan-Türkiyə razılaşmasından sonra Moskvanın dəstəklədiyi “Cənub axını” layihəsinin birdəfəlik sıxışdırılmasına imkan verməməkdir.

“Miller türklərlə qazın qiyməti və “Cənub axını”nın Türkiyə ərazisi ilə inşasına dair razılıq əldə etməlidir. Çünki ötən günkü razılaşma Türkiyənin mövqelərini gücləndirib. Azərbaycan-Türkiyə razılaşması hətta digər iddialı regional layihə olan “Nabucco”nun üzərindən xətt çəkir” - Rusiya qəzeti bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR