Bank Of Baku

Türkiyə və Rusiya təbii qaz alqı-satqısına dair əsas şərtləri razılaşdırıb

Türkiyə və Rusiya təbii qaz alqı-satqısına dair əsas şərtləri razılaşdırıb
# 28 dekabr 2011 09:05 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Türkiyə və Rusiya təbii qaz alqı-satqısına dair əsas şərtləri razılaşdırıb.

APA-Economics”in “Qazprom” şirkətinin saytına istinadən verdiyi məlumata görə, bu, Ankarada Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında keçirilmiş danışıqlardan sonra məlum olub.

İkitərəfli razılaşmanın kommersiya şərtləri açıqlanmasa da, bildirilir ki, 2012-ci ildə Rusiya Türkiyəyə təbii qaz ixrac edəcək. Tərəflərin habelə orta və uzun müddətli əməkdaşlıq perspektivlərini, “Mavi axın” borusunun fəaliyyətini və enerji sahəsində maraq doğuran digər məsələləri müzakirə etdikləri xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR