Bank Of Baku

«Bakıelektrikşəbəkə» bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

«Bakıelektrikşəbəkə» bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək
# 28 dekabr 2011 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Bakıelektrikşəbəkə» ASC-nin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bayram və istirahət günlərində «Bakıelektrikşəbəkə»nin əməkdaşları enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, həmçinin baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək: «Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcək. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib».

Qeyd edək ki, abonentlər yarana biləcək hər hansı problemlər haqqında «199 - Qəza Xidməti»nə zəng vuraraq məlumat verə bilər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR