Bank Of Baku

«Günəşli» yatağında 2 quyu təmir edilərək istismara verilib

«Günəşli» yatağında 2 quyu təmir edilərək istismara verilib
# 28 dekabr 2011 11:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Günəşli» yatağında 2 quyunu əsaslı təmirdən sonra istismara verib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, öz məhsuldarlığı ilə fərqlənən «Günəşli» yatağında 8-ci özüldən 142 nömrəli, 10-cu özüldən 61 nömrəli quyular aparılmış texniki-geoloji tədbirlərdən sonra istismara verilib ki, 142 nömrəli quyu sutkada 65 ton neft, 61 nömrəli quyu isə sutkada 10 ton neft və 110 min kubmetr qaz hasilatı ilə işləyir.

Təmir işləri «28 May» NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR