Bank Of Baku

Türkiyə “Cənub axını” qaz kəmərinin öz ərazisindən çəkilişinə icazə verib

Türkiyə “Cənub axını” qaz kəmərinin öz ərazisindən çəkilişinə icazə verib
# 28 dekabr 2011 12:35 (UTC +04:00)
“APA_Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin açıqlama verib.

Baş nazir Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla görüşündə bu addıma görə Türkiyə rəhbərliyinə təşəkkürünü bildirib. Eyni zamanda o, “Cənub axını” layihəsinə Avropa Komissiyasının dəstəyini minnətdarlıqla xatırlayıb: “Şübhəsiz ki, bu, bir ümumavropa layihəsidir”.

V.Putin əlavə edib ki, Rusiya və Türkiyə arasında qaz nəqlinə dair iki sazişin vaxtını müvafiq olaraq 2021 və 2025-ci ilə qədər uzatmaq qərarına gəliblər.

Qeyd edək ki, Rusiyanın “Cənub axını” layihəsinin dəyəri 10 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın “Qazprom”, Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR