Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin reytinqi artırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin reytinqi artırılıb
# 29 dekabr 2011 08:13 (UTC +04:00)
Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, reytinqin yüksəldilməsi Azərbaycanın suveren reytinqinin «BB+» səviyyəsindən «BBB-» səviyyəsinə qədər artırılması ilə bağlıdır. Xatırladaq ki, «Standard & Poor’s» Azərbaycanın reytinqini ötən həftə yüksəldib.

Agentliyin məlumatında deyilir ki, dövlətə məxsus olan ARDNŞ-in hökumətdən dəstək almasının mümkünlüyü yüksək qiymətləndirilir, şirkətin iqtisadiyyat üçün əhəmiyyəti böyükdür, neft emalı və neft kimya sahəsində inhisarçı mövqeyinə malikdir, həmçinin «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələrində müvafiq olaraq 11,6461% və 10% iştirak payına sahibdir.

Agentliyin qiymətləndirilməsi həmçinin şirkət tərəfindən ölkədə və xaricdə müxtəlif layihələrdə iri kapital qoyuluşları həyata keçirməsi amili də nəzərə alıb. Bundan başqa, Azərbaycanın neft emalı və neft-kimya sahəsinin müasirləşdirilməsi və yenidən qurulması işlərinin həyata keçirilməsi də reytinqin qiymətləndirilməsinə müsbət təsir edib. Eyni zamanda vurğulanır ki, reytinqin artırılmasına əsasən ölkənin suveren reytinqinin artması amili təsir göstərib.

Agentliyin məlumatında bildirilir ki, ARDNŞ-in reytinqinin endirilməsi ehtimalı azdır və bu, yalnız şirkət ilə hökumət arasındakı əlaqələrin zəifləməsi ilə əlaqədar ola bilər. Lakin Agentlikdə bu ssenarinin az ehtimal olunduğunu hesab edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR