Bank Of Baku

Rusiyada aşkarlanan neft-qaz ehtiyatları hasilatı üstələyir

Rusiyada aşkarlanan neft-qaz ehtiyatları hasilatı üstələyir
# 29 dekabr 2011 12:45 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın karbohidrogen ehtiyatları 2011-ci ildə aparılan geoloji kəşfiyyat işləri nəticəsində artıb. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın ekologiya və təbii ehtiyatlar naziri Yuri Trutnev bildirib.

Onun sözlərinə görə, ilkin olaraq neft ehtiyatlarının 600 mln. ton, qaz ehtiyatlarının isə 900 mlrd. kubmetr artdığını söyləmək olar. Bu isə adı çəkilən təbii ehtiyatların illik hasilatını üstələyir. Belə ki, bu il Rusiyada neft hasilatının 500-520 mln. ton, qaz hasilatının isə 660 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Nazir 2011-ci ildə aparılan geoloji kəşfiyyat işlərinin yekun nəticələrinin gələn ilin yanvar-fevral aylarında bəlli olacağını deyib.

Qeyd edək ki, 2010-cu ildə Rusiya qaz ehtiyatlarının həcminə (44,8 trln. kubmetr) görə dünyada 1-ci, neft ehtiyatlarına görə 7-ci yerdə olub. Neft hasilatına görə Rusiya 1-ci, qaz hasilatına görə ABŞ-dan sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR