Bank Of Baku

BMT: Azərbaycan «Enerji Statistikasına dair Beynəlxalq Tövsiyələr»i tətbiq etmiş ilk ölkələrdəndir

BMT: Azərbaycan «Enerji Statistikasına dair Beynəlxalq Tövsiyələr»i tətbiq etmiş ilk ölkələrdəndir
# 29 dekabr 2011 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. BMT-nin Statistika Şöbəsinin 2011-ci ilin dekabr ayının 7/8 saylı xəbərlər bülletenində Azərbaycanda enerji statistikasının inkişafı ilə bağlı məqalə nəşr olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»in məlumatına görə, komitənin şöbə müdiri Yusif Yusifov tərəfindən hazırlanmış məqalədə Azərbaycanda enerji statistikasının təkmilləşdirilməsi, milli enerji balansının tərtibi sahəsində görülmüş işlər haqqında məlumat verilib.

Qeyd olunub ki, «Enerji Statistikasına dair Beynəlxalq Tövsiyələr»in BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilməsindən çox qısa müddətdə Azərbaycan bu tövsiyələri tətbiq etmiş ilk ölkələrdən biri olub.

Məqalənin xülasə hissəsində qarşıdakı vəzifələr göstərilir və Avrostat, Avropa Azad Ticarət Assosiasiyası və UNECE tərəfindən həyata keçirilmiş Azərbaycan Milli Statistika Sisteminin 2010-cu ildə Qlobal Qiymətləndirilməsinin yekunlarından sitat verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR