Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri: “Cənub qaz dəhlizi” bütün Avropa üçün tarixi rol oynaya bilər”

ABŞ-ın Azərbaycandakı səfiri: “Cənub qaz dəhlizi” bütün Avropa üçün tarixi rol oynaya bilər”
# 29 dekabr 2011 15:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza oktyabr ayında Azərbaycan və Türkiyə arasında qaz alqı-satqısına dair müqavilə imzalanmasını alqışlayıb.

APA-nın xəbərinə görə, səfir bu sazişin Azərbaycana qoyulan investisiyaların həcminin artmasına təsir edəcəyini bildirib.

Onun sözlərinə görə, “Cənub qaz dəhlizi” layihəsi təkcə Cənubi Qafqaz üçün deyil, bütün Avropa üçün tarixi rol oynaya bilər: “Çünki bu layihə qaz bazarının inhisara alınmasının qarşısını almağa kömək edəcək və onun reallaşmasından bütün tərəflər udacaq”.

Daxili islahatlara toxunan M.Brayza jurnalist Eynulla Fətullayevin və AXCP üzvü Cabbar Savalanın azad olunmasını müsbət qiymətləndirib: “Biz Azərbaycan hökumətini buna həvəsləndirmək üçün aylarla işlədik”. Bununla belə, diplomat məhbusların hüquqlarının qorunması və həbs olunmuş jurnalistlərin azadlığa buraxılması sahəsində tənqidi məqamların olduğunu vurğulayıb.

Səfir Azərbaycanda yoxsulluq həddinin aşağı düşməsini, ÜDM-in artmasını və qeyri-neft sektorundakı müsbət tendensiyanı qeyd edib: “Təkcə bu il neft sektoru 1,2%, qeyri-neft sektoru isə 9% artıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR