Bank Of Baku

Almaniyanın “RWE” şirkəti: Trans-Anadolu kəmərinin tikintisi “Nabucco”nun planlarını dəyişə bilər

Almaniyanın “RWE” şirkəti: Trans-Anadolu kəmərinin tikintisi “Nabucco”nun planlarını dəyişə bilər
# 30 dekabr 2011 10:08 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu “Bloomberg” agentliyinə müsahibəsində “Nabucco” konsorsiumuna daxil olan Almaniyanın “RWE” şirkətinin nümayəndəsi Stefan Çudish deyib.

Onun sözlərinə görə, Bakı ilə Ankaranın yeni qaz kəməri inşa etmək planı “Nabucco” üçün əlavə təminatlar tələb edə bilər: “ARDNŞ-ın Trans-Anadolu kəmərini inşa etmək planı daha ucuz sərmayələr səbəbindən “Nabucconun” şanslarını azaltsa da, bu borunun maliyyə mənbələri və digər marşrutlara qoşulmaq imkanı sual doğurur”.

“RWE” şirkətinin rəsmisi deyib ki, boru kəmərlərinin mümkün birləşdirilməsi Trans-Anadolu kəmərini inşa edənlərdən müəyyən təminatlar tələb edə bilər: “Çünki banklara qazın boru ilə vurulacağına dair təminat lazım olacaq. Yeni layihə habelə Azərbaycandan savayı qaz təchizatçısı ola biləcək Türkmənistan və İraqda onların boru şəbəkəsinə qoşulmaq imkanına dair suallar doğura bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR