Bank Of Baku

Rusiya “Cənub axını” qaz kəmərinin tikintisi işlərini sürətləndirir

Rusiya “Cənub axını” qaz kəmərinin tikintisi işlərini sürətləndirir
# 30 dekabr 2011 12:56 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller şirkətin müvafiq qurumlarının rəhbərlərinə “Cənub axını” qaz kəmərinin tikintisi layihəsi üzrə işlərin qrafikinə düzəliş etməyi tapşırıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

Onun sözlərinə görə, məqsəd “Cənub axını” qaz kəmərinin tikintisi işlərini sürətləndirməkdir.

Qeyd edək ki, eyni tapşırıqla çıxış edən Rusiyanın baş naziri Vladimir Putin “Cənub axını” qaz kəmərinin tikintisinə əvvəlcədən planlaşdırıldığı kimi 2013-cü ildə deyil, 2012-ci ilin sonunda başlamağı tapşırıb.

Dekabrın 28-də Türkiyə “Cənub axını” qaz kəmərinin öz ərazisində - Qara dənizin dibi ilə Bolqarıstana çəkilişinə icazə verib. Bununla da layihənin reallaşması üçün zəruri olan sonuncu ölkənin də razılığı alınıb. “Cənub axını” layihəsinin dəyəri 10 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın “Qazprom”, Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR