Bank Of Baku

Analitiklər: “Bu il neftin bahalaşması gözlənilmir”

Analitiklər: “Bu il neftin bahalaşması gözlənilmir”
# 03 yanvar 2012 07:54 (UTC +04:00)
Sorğuda iştirak edən analitiklər Brent markalı neftin 1 barelinin qiymətini 2012-ci ildə orta hesabla 100 dollar səviyyəsində proqnozlaşdırırlar ki, bu da 2011-ci ilin göstəricisindən (111 dollar) aşağıdır.

Neftin müəyyən dərəcədə ucuzlaşması Avropanın inkişaf etmiş ölkələrinin iqtisadi artımın azalması ilə əlaqələndirilir. Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniyada neftə olan tələbat 1,3%, ABŞ-da isə 0,5% azalacaq.

Qeyd edək ki, Azeri Light markalı Azərbaycan nefti Brent markalı neftdən bir qədər baha satılır. Bu isə o deməkdir ki, neftin proqnozlaşdırılan qiyməti Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş baza qiymətindən ən azı 25% yüksək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR