Bank Of Baku

“Morgan Stanley”: 2012-ci ildə qızılın bahalaşacağı, digər metalların isə ucuzlaşacağı gözlənilir

“Morgan Stanley”: 2012-ci ildə qızılın bahalaşacağı, digər metalların isə ucuzlaşacağı gözlənilir
# 03 yanvar 2012 08:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı maliyyə qurumlarından olan ABŞ-ın “Morgan Stanley” investisiya bankı 2012-ci ildə əsas xammallar üzrə proqnozlarını açıqlayıb. “APA-Economics”in məlumatına görə, bankın proqnozlarında qızılın 1 unsiyası təxminən 35% bahalaşaraq 2,2 min dollara çatacaq, lakin digər metallar üzrə ucuzlaşma gözlənilir.

“Morgan Stanley” alüminiumun 1 tonunun 2,5 min dollardan 2,3 min dollaradək, misin 1 tonunun 9,2 min dollardan 8,4 min dollaradək, nikelin 1 tonunun 23,7 min dollardan 22 min dollaradək ucuzlaşacağını proqnozlaşdırır. Bundan əlavə, bank Brent markalı neftin 1 barelinin 100 dollar səviyyəsində olacağını gözləyir.

Eyni zamanda, “Morgan Stanley” pambıq və qarğadalı istisna olmaqla, digər aqrar məhsulların əksəriyyəti üzrə bahalaşma proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR