Bank Of Baku

Bu il Azərbaycan və Türkiyənin elektrik şəbəkəsi Gürcüstan vasitəsilə birləşəcək

Bu il Azərbaycan və Türkiyənin elektrik şəbəkəsi Gürcüstan vasitəsilə birləşəcək
# 04 yanvar 2012 14:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. 2012-ci ildə Gürcüstanda iki yüksək gərginlikli elektrik enerjisi xətti istifadəyə veriləcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Energetika və Təbii Resurslar Nazirliyi məlumat yayıb.

“Bu xətlərdən biri Gürcüstanla Türkiyənin enerji sistemini birləşdirəcək, o biri xətt isə Azərbaycandan Gürcüstana enerji ötürəcək. Gürcüstan hər iki ölkənin elektrik enerjisini indikindən daha çox ixrac edəcək” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 2012-ci ildə istifadəyə veriləcək Azərbaycan-Türkiyə yüksək gərginlikli elektrik xətti hər iki ölkədə 500 kilovoltluq olacaq və bu xətlərin hərəsi 1000 meqavatlıq elektrik enerjisini ötürmək qabiliyyətinə malik olacaq. Azərbaycandan ötürüləcək yüksək gərginlikli elektrik xətti Qardabanidən keçəcək. Bununla Azərbaycanın Türkiyəyə birbaşa elektrik enerjisi ötürmə imkanı olacaq. Bu layihə neft və qazdan sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə üçüncü əhəmiyyətli layihə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR