Bank Of Baku

Ötən il Azərbaycan neftinin qiyməti büdcədəki proqnozdan 41% artıq olub

Ötən il Azərbaycan neftinin qiyməti büdcədəki proqnozdan 41% artıq olub
# 05 yanvar 2012 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan neftinin 2011-ci ildə dünya bazarında orta qiyməti 113,57 ABŞ dolları/barel təşkil edib. Bu, neftin dövlət büdcəsində nəzərdə tutulan baza qiymətindən 33,57 dollar və ya 41% artıqdır.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən il Azərbaycan neftinin ən yüksək qiyməti 129,2 dollar (büdcədəki qiymətdən 49,2 dollar və ya 61% artıq), ən aşağı qiyməti 94,6 dollar (büdcədəki qiymətdən 14,6 dollar və ya 18% artıq) təşkil edib.

Neftin ən yüksək qiyməti 2011-ci il aprelin 11-də, ən aşağı qiyməti isə 2011-ci il yanvarın 4-də qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR