Bank Of Baku

Ötən il neft 18-20% bahalaşıb

Ötən il neft 18-20% bahalaşıb
# 05 yanvar 2012 13:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ilin dekabr ayında dünya bazarında «Brent» markalı xam neftin 1 bareli 107,84 ABŞ dollarına, «Urals» nefti – 107,33 dollara, «BTC FOB Ceyhan» tipli xam neft isə 110,53 dollara satılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, ötən ilin dekabrına nisbətən «Brent» tipli xam neft 18%, «Urals» nefti 19,8%, «BTC FOB Ceyhan» tipli xam neftin 1 bareli isə 19% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR