Bank Of Baku

Azərbaycan 2011-ci ildə neft ixracını azaldıb

Azərbaycan 2011-ci ildə neft ixracını azaldıb
# 05 yanvar 2012 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2011-ci ilin dekabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 155,663 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 161,697 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 645,230 min ton xam neft ixrac edib. Əvvəlki ilin dekabrı ilə müqayisədə Novorossiysk limanından neftin ixracı 6%, Ceyhan limanından isə 49% azalıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bütövlükdə 2011-ci il ərzində Novorossiysk limanından 1 988,429 min ton, Supsa limanından 2 652,111 min ton, Ceyhan limanından isə 22 969,480 min ton xam neft ixrac edilib.

Əvvəlki illə müqayisədə Novorossiysk istiqamətində ixrac edilən neftin həcmi 11,2%, Ceyhan limanından ixrac olunan neftin həcmi isə 38,4% azalıb.

Qeyd edək ki, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR