Bank Of Baku

Azərbaycan benzin ixracını azaldıb

Azərbaycan benzin ixracını azaldıb
# 06 yanvar 2012 07:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2011-ci ilin dekabr ayında 7,534 min ton avtomobil benzini, 91,413 min ton dizel yanacağı, 5,322 min ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2011-ci ilin yanvar-dekabr ayları ərzində 96,537 min ton avtomobil benzini, 1 267,093 min ton dizel yanacağı, 78,867 min ton təyyarə yanacağı, 5,571 min ton soba mazutu ixrac edilib. Əvvəlki ilə nisbətən ötən il avtomobil benzini ixracı 2 dəfə, dizel yanacağının ixracı 17,4%, təyyarə yanacağı ixracı 31% azalıb, soba mazutu ixracı isə 4,1 dəfə artıb.

Keçən ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 904,01 dollar, təyyarə yanacağının – 960,79 dollar, dizel yanacağının – 910,84 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 653,20 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR