Bank Of Baku

Uqo Çaves xarici neft şirkətlərinə kompensasiya ödənilməyəcəyini bildirib

Uqo Çaves xarici neft şirkətlərinə kompensasiya ödənilməyəcəyini bildirib
# 09 yanvar 2012 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Venesuela prezidenti Uqo Çaves Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsinin ABŞ-ın “Exxon Mobil” şirkətinə ölkəsinin kompensasiya ödəməsi haqqında qərarını tanımadıqlarını bildirib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu barədə U.Çaves onun xəstəliyi ilə bağlı yeddi aydan sonra efirə çıxan “Alo, prezident” verilişində bildirib.

Qeyd edək ki, 1999-cu ildə U.Çaves prezident seçildikdən sonra yoxsulluqla mübarizə çərçivəsində Venesuelanın neft müəssisələrinin bir hissəsi, 2007-ci ildə isə xarici neft şirkətlərinin aktivləri özəlləşdirilib. Xarici neft şirkətlərinə yalnız dövlətlə birgə müəssisələrdə minoritar paya malik olmaq hüququ verilib.

“Exxon Mobil” şirkəti Beynəlxalq Ticarət Palatasının Parisdə yerləşən Arbitraj Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2007-ci ildə neft layihələrinin milliləşdirilməsi nəticəsində 1 mlrd. dollar zərərə uğradığını bildirib və ziyanın ödənilməsini tələb edib. Məhkəmə iddianı təmin edərək, Venesuelanın PDVSA dövlət neft şirkətinin “Exxon Mobil”ə 908 mln. dollar ödəməsi barədə qərar çıxarıb. PDVSA yalnız 255 mln. dollar ödəməyə razıdır.

U.Çaves isə efirdə çıxışı zamanı deyib ki, indi onları Dünya Bankının Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzi ilə hədələyirlər: “Hökumətə bu təşkilatdan çıxmaq barədə tapşırıq verirəm. Biz heç bir qərarı tanımırıq. Onların 50 il ərzində bizdən oğurladıqları bundan dəfələrlə çoxdur. Biz beynəlxalq imperializm və onun nökərləri qarşısında əyilməyəcəyik”.

Venesuela prezidenti “Exxon Mobil” şirkətinin ikinci iddia ilə də çıxış etdiyini və ərizəsində 2007-ci ildə həyata keçirilən aktivlərin özəlləşdirilməsi nəticəsində 7 mlrd. dollar zərərə uğradığını iddia etdiyini söyləyib. “ConocoPhilips” şirkəti isə bu rəqəmin 20 mlrd. dollar olduğunu bildirərək, beynəlxalq məhkəmələrə müraciət etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR