Bank Of Baku

ARDNŞ Almaniyada nanotexnologiyalar sahəsində Anlaşma Memorandumu imzalayıb

ARDNŞ Almaniyada nanotexnologiyalar sahəsində Anlaşma Memorandumu imzalayıb
# 09 yanvar 2012 10:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Almaniyanın Şimali Reyn Vestfaliya federal vilayətinin İqtisadi İnkişaf Agentliyi (NRW.İNWEST GmbH) və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri (NanoMikro+Werkstoffe.NRW) arasında Anlaşma Memorandumu imzalanıb.

«APA-Economics»in məlumatına görə, memorandumda Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin ərazisində “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, ARDNŞ-ın iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tədqiqatı və transferi nəzərdə tutulub.

Tərəflər arasında əməkdaşlıq Avropa Birliyi və digər ölkələrə nanotexnoloji sistemlərin satışının təşkili və satış bazarının öyrənilməsi şərtləri əsasında həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR