Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə neftin nəqli 13% azalıb

Bakı-Ceyhan kəməri ilə neftin nəqli 13% azalıb
# 09 yanvar 2012 10:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 166,178 min ton Azərbaycan nefti nəql olunub. Əvvəlki ilin dekabr ayı ilə müqayisədə bu göstərici 22,6% azalıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2011-ci ildə kəmərlə 32 224,7 min ton neft ötürülüb. Bu, 2010-cu ildəki göstəricidən 13% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il yanvarın 1-ə qədər BTC-yə 175 780,6 min ton neft vurulub.

Bundan başqa, 2011-ci ilin dekabrında BTC kəməri ilə 204,8 min ton Türkmənistan nefti nəql olunub. Ümumiyyətlə, 2011-ci il ərzində BTC kəməri ilə 2 237 min ton türkmən nefti ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR