Bank Of Baku

Nigeriyada benzinin bahalaşması ümummilli tətilə səbəb olub

Nigeriyada benzinin bahalaşması ümummilli tətilə səbəb olub
# 09 yanvar 2012 13:05 (UTC +04:00)
Bakı - APA-Economics. Nigeriyada benzinin bahalaşmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar başlayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, yüzlərlə nigeriyalı ölkənin ən böyük şəhəri olan Laqosun küçələrinə çıxıb. Bir çox mağazalar, banklar və yanacaqdoldurma məntəqələri bağlanıb.

Qeyd edək ki, yanvarın 1-dən Nigeriyada prezident Conatan Qudlakın başçılıq etdiyi hökumət subsidiyaları ləğv edib. Nəticədə benzinin qiyməti 65 nayrdan 150 nayra (0,93 dollara) yüksəlib. Hökumət bununla büdcə xərclərini 6 mlrd. dollar ixtisar etmək və neft emalı sənayesinə investisiyaları təşviq etmək niyyətindədir. Ölkənin həmkarlar ittifaqları isə əhalini yanvarın 9-da keçiriləcək ümummilli tətilə qoşulmağa çağırıb.

Nigeriya Afrikanın ən çox neft hasil edən ölkəsidir. Burada gündəlik neft hasilatı 2 mln. bareldir. Buna baxmayaraq, ölkənin neft emalı sənayesi inkişaf etməyib və yanacaq xaricdən alınır. Nigeriya vətəndaşları indiyədək benzinin qiymətinin çox ucuz olmasını korrupsiyaya uğramış hökumətin azsaylı uğurlarından biri kimi qiymətləndirirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR