Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin mədəniyyət sarayları Mədəniyyət və Turizm Nazirliyinə verilib

Azərbaycan Dövlət Neft Şirkətinin mədəniyyət sarayları Mədəniyyət və Turizm Nazirliyinə verilib
# 10 yanvar 2012 12:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mədəniyyət sarayları Mədəniyyət və Turizm Nazirliyinə verilib. «APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Mədəniyyət və İstirahət saraylarının daşınar və daşınmaz əmlakı Mədəniyyət və Turizm Nazirliyinə verilib.

Sərəncamda qeyd olunur ki, bu addım ARDNŞ-in, Mədəniyyət və Turizm Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alsyaraq atılıb.

Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə adı çəkilən saraylarda çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsi üçün tədbirlərin görülməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR