Bank Of Baku

Azərbaycan 2011-ci ildə elektrik enerjisi istehsalını 9% artırıb

Azərbaycan 2011-ci ildə elektrik enerjisi istehsalını 9% artırıb
# 10 yanvar 2012 14:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu, 2010-cu ilin dekabrına nisbətən 23,5% artıqdır.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə bildirilib ki, dekabr ayında istehsal olunan enerjinin 1,9 mlrd. kVt/saatdan çoxu istilik elektrik stansiyalarının (İES), 0,2 mlrd. kVt/saata yaxını isə su elektrik stansiyalarının (SES) payına düşür.

Ümumilikdə, 2011-ci ildə Azərbaycanın enerji sistemində 20 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən il enerji istehsalı 2010-cu ilə nisbətən 8,7% artıq olub. İstehsal olunan enerjinin 17,3 mlrd. kVt/saatdan çoxu İES-lərin, 2,7 mlrd. kVt/saata yaxını SES-lərin payına düşür.

Bununla yanaşı, il ərzində Rusiya, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR