Bank Of Baku

Avrokomissar Almaniyanın iki enerji konserninin birləşməsini təklif edib

Avrokomissar Almaniyanın iki enerji konserninin birləşməsini təklif edib
# 11 yanvar 2012 07:19 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger Almaniyanın iki enerji konserninin - “E.On” və “RWE” şirkətlərinin birləşməsi təklifi ilə çıxış edib.

APA-Economics”in “Deutsche Welle”yə istinadən xəbərinə görə, G.Ottinger adı çəkilən şirkətlərin ümumdünya miqyası baxımından “regional liqada” olduğunu bildirib.

“Əgər Almaniya “Exxon”, “Chevron” və “Qazprom” kimi konsernlərlə yüksək liqada oynamaq istəyirsə, ona müvafiq miqyasda oynaya biləcək milli oyunçu lazımdır” - deyə G.Ottinger qeyd edib.

Onun fikrincə, “E.On” və “RWE” şirkətlərinin birləşməsi dünya bazarında Almaniya energetika sənayesinin çəkisini və rəqabət qabiliyyətini artıracaq.

Qeyd edək ki, iqtisadi böhran “E.On” və “RWE” şirkətlərinin fəaliyyətinə ciddi təsir edib. “E.On” 80 min əməkdaşından 10 min nəfərini, “RWE” isə 72 min əməkdaşından 8 min nəfərini ixtisar etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR