Bank Of Baku

Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına başlanılıb

Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına başlanılıb
# 11 yanvar 2012 07:49 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, dövlət başçısının «Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında» 2011-ci il 21 dekabr tarixli sərəncamının icrası ilə bağlı müxtəlif struktur və qurumların rəhbər və mütəxəssis heyətinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev və digər dövlət və hökumət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirə iştirakçıları əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının inşa ediləcəyi sənaye zonasına gələrək, əraziyə baxış keçirib, ərazidə aparılan demontaj və abadlaşdırma işləri ilə tanış olublar.

«Azərikimya» İB-də müvafiq struktur nümayəndələrinin iştirakı ilə keçirilmiş müşavirədə Sumqayıtda Kimya Sənaye Parkının yaradılması ilə bağlı nəzərdə tutulan tədbirlər müzakirə olunub, ilkin olaraq görüləcək işlərin konturları müəyyənləşdirilib, onların həlli yolları haqqında geniş fikir mübadiləsi aparılıb. Müşavirədə Sumqayıt Kimya Sənaye Parkının tikintisinə başlanmasını sürətləndirmək üçün tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR