Bank Of Baku

Azərbaycanda betonun möhkəmliyi ultrasəs üsulu ilə yoxlanacaq

Azərbaycanda betonun möhkəmliyi ultrasəs üsulu ilə yoxlanacaq
# 11 yanvar 2012 08:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təqdim edilmiş 37 dövlət standartını təsdiq edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu, «İnşaat işləri üçün sıx dağ süxurlarından qırmadaş və çınqıl. Texniki şərtlər», «İnşaat işləri üçün qum. Sınaq üsulları», «İnşaat işləri üçün qum. Texniki şərtlər», «Divar materialları. Əyilmə və sıxılmada möhkəmlik həddinin təyin edilməsi üsulları», «Keramik kərpic və daşlar. Ümumi texniki şərtlər» və s-dir.

Təsdiqlənmiş standartların bir hissəsi beton inşaat materiallarına, onların möhkəmliyi və digər göstəricilərinin yoxlanmasına aiddir. Bura «Betonlar. Möhkəmliyin yoxlanılma qaydaları», «Betonlar. Nəmliyin təyini üsulu», «Betonlar. Suudmanın təyini üsulu», «Betonlar. Məsaməlilik göstəricilərinin təyini üsulları», «Betonlar. Sukeçirməzliyin təyini üsulları» və s. aiddir. Yeni standartlara görə, betonun möhkəmliyi ultrasəs üsulu ilə də yoxlanacaq. Bu, «Betonlar. Möhkəmliyin ultrasəs üsulu ilə təyini» standartında nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR