Bank Of Baku

Azərbaycan ölkədaxili boru kəmərləri ilə xam neftin nəql tarifini artırıb

Azərbaycan ölkədaxili boru kəmərləri ilə xam neftin nəql tarifini artırıb
# 11 yanvar 2012 09:24 (UTC +04:00)
Azərbaycan Tarif (qiymət) Şurasından «APA-Economics»ə verilən məlumata görə, Tarif Şurasının keçirilmiş növbəti iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında xam neftin nəqli tarifinə (ixrac istisna olmaqla) baxılıb. Nəticədə, Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti və neft kəmərləri sisteminə əsaslı investisiya qoyuluşlarının tələb olunduğu nəzərə alınaraq, 1 ton xam neftin nəql tarifi 6 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilib. Yeni tariflər bu ilin yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, bundan öncə ölkədaxili boru kəmərləri ilə xam neftin nəql tarifi 2,6 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR