Bank Of Baku

Azərbaycan və Ukrayna Davosda maye qazın nəqli üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayacaq

Azərbaycan və Ukrayna Davosda maye qazın nəqli üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayacaq
# 11 yanvar 2012 13:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan və Ukrayna yanvarın 25-26-da Davosda keçiriləcək illik iqtisadi forum çərçivəsində maye qazın Ukraynanın LNG-terminalına çatdırılması üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayacaq.

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukraynanın Milli Layihələrin İdarə Edilməsi Agentliyinin rəhbəri Vladislav Kaskiv açıqlama verib.

Onun sözlərinə görə, Davosda bazarın digər iştirakçıları ilə də maye qazın Ukrayna terminalına çatdırılması haqqında saziş imzalana bilər. Azərbaycanla razılaşma 2014-cü ildə 2 mlrd. kubmetr, 2015-ci ildə isə 5 mlrd. kubmetr maye qazın nəqlini nəzərdə tutur.

Qeyd edək ki, ötən il yanvarın 28-də Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd - Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə saziş və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR