Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il qazma işlərini 8% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il qazma işlərini 8% artırıb
# 11 yanvar 2012 14:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2011-ci ilin dekabr ayı ərzində 7 079 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6 447 metri istismara, 632 metri kəşfiyyata, həyata keçirilmiş kəşfiyyat qazmasının 150 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2011-ci il ərzində ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 147 287 metr qazma işi görülüb ki, bu da 2010-cu ilin göstəricisindən 8% artıqdır.

Hesabat ilində aparılan qazma işlərinin 133 343 metri istismara, 13 944 metri kəşfiyyata (o cümlədən, 2 550 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR