Bank Of Baku

Yaponiya İrandan neft idxalını azaltmağa razılaşıb

Yaponiya İrandan neft idxalını azaltmağa razılaşıb
# 12 yanvar 2012 07:47 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalarını dəstəkləyərək, İrandan neft idxalını azaltmağa hazırdır. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Yaponiyanın maliyyə naziri Dzyun Azumi amerikalı həmkarı Timoti Qaytnerlə görüşündən sonra açıqlama verib.

Onun sözlərinə görə, Yaponiyanın neft idxalının 10%-i İranın payına düşür. Nazir konkret rəqəm açıqlamasa da, İrandan neft idxalının “əhəmiyyətli dərəcədə” ixtisar olunacağını bildirib.

Dzyun Azumi həmçinin qeyd edib ki, Timoti Qaytnerlə görüşündə İrandan neft hasilatı sənayesi ilə əlaqədar olmayan sahələr üzrə də idxalın azaldılması məsələsi müzakirə olunub: “Amma bununla bağlı konkret qərar qəbul olunmayıb. Bizə müzakirələr üçün əlavə vaxt lazımdır”.

Qeyd edək ki, Timoti Qaytner Yaponiyadan əvvəl Çinə səfər edib, amma rəsmi Pekini Tehrana qarşı sanksiyaları dəstəkləməyə razı sala bilməyib. ABŞ-ın İrana qarşı sanksiyaları İran Mərkəzi Bankı ilə əməkdaşlığı da qadağan edir. Çünki bu ölkədən ixrac olunan neftə görə ödənişlər məhz adı çəkilən bank vasitəsilə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR