Bank Of Baku

Avropa Birliyi: Yunanıstan, İtaliya və İspaniyanın İran neftindən asılılığı azalacaq

Avropa Birliyi: Yunanıstan, İtaliya və İspaniyanın İran neftindən asılılığı azalacaq
# 12 yanvar 2012 10:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyi İran neftinə sanksiya tətbiq edəcəyi halda, bu ölkənin dünya bazarına verdiyi nefti Liviya və Fars körfəzinin digər ölkələri qarşılayacaq. APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin sədri, Danimarkanın xarici işlər naziri Villi Sovndal jurnalistlərə açıqlamalarında deyib.

Villi Sovndal əlavə edib ki, Avropa ölkələri İran neftinə sanksiya tətbiq edilməsi ilə bağlı 2012-ci il yanvarın 23-də qərar verəcəklər: “İrandan neft alınmadığı halda, Səudiyyə Ərəbistanı, Küveyt və neftini daha çox satmaqda maraqlı olan ölkələr neft bazarını təmin edəcəklər. Elə neft ölkələri var ki, daha çox məhsul ixrac etmək istəyirlər. Onların sayəsində neft bazarında qıtlıq olmayacaq”.

Villi Sovndal İran neftindən asılı olan ölkələrin də problemlərinin həll ediləcəyini bildirib: “Liviya da neft təsisatını təmir edir və əvvəllər olduğu kimi neft ixrac edəcək. Odur ki, İran neftinə çox bağlı Yunanıstan, İtaliya və İspaniyanın bu ölkədən asılılığı azalacaq”.

Qeyd edək ki, İspaniya, Yunanıstan və İtaliyanın neftə olan ehtiyacının müvafiq olaraq 13, 14 və 15%-ni İran ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR