Bank Of Baku

ABŞ-da qazın qiyməti 32% ucuzlaşıb

ABŞ-da qazın qiyməti 32% ucuzlaşıb
# 12 yanvar 2012 13:33 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il ABŞ-da qazın qiyməti 32% ucuzlaşıb. “APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, buna səbəb hasilatın 10% artmasıdır.

Hasilatın artması və qiymətlərin ucuzlaşması isə “şist bumu” - şist qazı yataqlarının aktiv işlənməsinin nəticəsidir. Bundan başqa, işlənən neft yataqlarının sayının artması da qaz hasilatının artmasına təsir edib. Çünki neft hasilatı ilə məşğul olan şirkətlər eyni vaxtda səmt qazı da əldə edirlər.

“Bank of America”nın proqnozlarına əsasən, bu gedişlə payıza qədər təbii qaz 2000-ci ildən bəri minimum səviyyəyə qədər ucuzlaşa bilər.

Qeyd edək ki, 2000-ci illərin ortalarında şist qaz hasilatının sürətlə artması amerikalılara öz iqtisadiyyatlarını qazla təmin etmək imkanı verib. Nəticədə ABŞ nəhəng qaz idxalçısından ixracatçıya çevrilib və 2009-cu ildə qaz hasilatına görə Rusiyanı qabaqlayıb. Elə o vaxtdan ABŞ bu bazarda liderliyi əlində saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR