Bank Of Baku

Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatı dayandırılacaq

Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatı dayandırılacaq
# 12 yanvar 2012 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yanvarın 13-də Azərbaycanın bir neçə rayonunun qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar yanvarın 13-də saat 10:00-dan 18:00-dək «Lək», «Zərdab» və «Köçəsgər» Qazpaylayıcı Stansiyalarında, həmçinin «Dağkəsəmən» Avtomatik Qazpaylayıcı Stansiyasında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zərdab şəhəri daxil olmaqla rayonun Qaravəlli, Ucar rayonunun Lək kəndlərinə, eləcə də Ağstafa rayonuna təbii qazın verilişində məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR