Bank Of Baku

ARDNŞ: Yaşayış olan evlər sökülmür - FOTOSESSİYA

ARDNŞ: Yaşayış olan evlər sökülmür - <font color=red>FOTOSESSİYA</font>
# 13 yanvar 2012 08:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazilərindəki qanunsuz tikililərlə bağlı məhkəmələrdə 12 min iş var. “APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ-ın Hüquq idarəsinin rəisi Eldar Orucov bildirib.

Onun sözlərinə görə, indiyədək bu işlərdən 4 mini üzrə qətnamə qəbul olunub və icraya yönəldilib, 8 minə yaxın işə isə məhkəmələrdə baxılır.

E.Orucov qeyd edib ki, ARDNŞ qanunsuz tikililərlə mübarizə sahəsində bir neçə yenilik tətbiq edib: “Bunlardan biri yeni nəzarət sisteminin yaradılmasıdır ki, bu da istənilən qanunsuz tikili ilə bağlı ən geci 1 həftə ərzində məlumat almağa imkan verir. İkinci istiqamət hüquqi addımların gücləndirilməsi və genişləndirilməsidir. Hazırda hüquqi hərəkətlərə yüzlərlə hüquqşünas cəlb olunub”.

İdarə rəisi bildirib ki, ilkin planlara əsasən, 2012-ci ildə təkcə Binəqədi rayonu ərazisindəki qanunsuz tikililərlə bağlı 8 min iddianın qaldırılması nəzərdə tutulur: “Bununla da Binəqədi rayonunda ARDNŞ-a məxsus torpaqlarda tikilmiş bütün qanunsuz tikililər əhatə olunacaq. Son 6 ay ərzində təkcə Balaxanıda 6300-dən çox iş qaldırılıb”.

E.Orucov yaşayış evlərinin sökülməsi haqqında yayılan məlumatları təkzib edib: “Əvvəla, bütün evlər qətnamə əsasında sökülür. İkincisi, ancaq yaşayış olmayan evlər sökülür, yaşayış olan evlər sökülmür. Vətəndaşlara yaşayış problemlərini həll etmək və hüquqlarını müdafiə etmək üçün vaxt verilir. İşlərin böyük əksəriyyəti üzrə apellyasiya və hətta kassasiya şikayəti verilir. Hüquqi prosedur bitəndən sonra da vətəndaşlara problemlərini həll etməsi üçün vaxt verilir. Təkcə Binəqədidə indiyədək 1200-1300 tikilməsi haqqında qətnamə olmasına baxmayaraq, heç bir tikili sökülməyib. Söküntü işlərinin aparılması da çox vaxt vətəndaşlara həvalə olunur. ARDNŞ Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Səbayel rayon şöbəsindən qətnamələri dərhal icra etməməyi xahiş edib. Bu qətnamələr vətəndaşlara onlara torpaq ayırmış bələdiyyələri də məhkəməyə vermək üçün imkan verir, amma etiraf edək ki, əksəriyyət buna o qədər də həvəslə yanaşmır. Ümid edirəm ki, gələcəkdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti nəticəsində vətəndaşlar bu sahədə aktivləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR