Bank Of Baku

ARDNŞ-a məxsus torpaqlarda tikilən qanunsuz tikililərin kommunal xidmətlərdən istifadəsi məhdudlaşdırılacaq

ARDNŞ-a məxsus torpaqlarda tikilən qanunsuz tikililərin kommunal xidmətlərdən istifadəsi məhdudlaşdırılacaq
# 13 yanvar 2012 09:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) zəbt olunmuş torpaqlarında tikilən qanunsuz tikililərin kommunal xidmətlərdən istifadəsi məhdudlaşdırılacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ-ın Hüquq idarəsinin rəisi Eldar Orucov bildirib.

Onun sözlərinə görə, şirkətin “Azəriqaz” İstehsalat Birliyi artıq belə ərazilərdəki tikililərə qaz çəkilişini dayandırıb.

E.Orucov qeyd edib ki, hazırda “Azərsu” və “Azərenerji” də bu tədbirlərə qoşulmağa dəvət olunub. “Azərsu”da artıq bu işlərə hazırlıq başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR